“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.
Missiya.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat yayılıb.
Hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.
"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.
C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.