“Millətimizi terror bəlasından qurtarmaq üçün mübarizəmiz qətiyyətlə davam edəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Millətin hüzuru və təhlükəsizliyi üçün çalışan bütün hüquq-mühafizə orqanları terror təşkilatlarına qarşı çiyin-çiyinə mübarizə aparacaq:
“Diyarbəkirdə polislərimizin olduğu xidməti maşında törədilən terror aktında yaralanan polislərimizə və mülki vətəndaşlarımıza şəfa diləyirik”, - nazirlikdən vurğulanıb.
Dekabrın 16-da səhər saatlarında Diyarbəkir vilayətində bomba yüklü avtomobilin partladılması nəticəsində 8-i polis olmaqla 9 nəfər yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Zərintac MAYİSQIZI
Missiya.Az