“Kişinyov Dnestryanı münaqişənin yalnız sülh yolu ilə həllini nəzərdən keçirir”.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maia Sandu deyib.
“Biz müxtəlif vəziyyətləri modelləşdiririk. Amma bir daha deyirəm: bizim üçün Dnestryanı münaqişənin həlli yalnız sülh yoludur. Bu bizim üçün çox vacibdir”, - deyə Moldova prezidenti bildirib.
“Hazırlanan həllər həm də ona əsaslanır ki, Dnestryanı nizamlama Moldovanın Avropaya inteqrasiyasına mane olmamalıdır. Dnestryanı problemin həlli ehtimalı yarana bilər və biz buna hazır olmalıyıq. Ona görə də bir qrup ekspertlə işləyirik. Bu haqda geniş danışmaq və ya bu məsələ ilə bağlı ictimai müzakirələr aparmaq hələ tezdir”, - deyə Sandu vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az