AZ   |   RU
Türkiyə müharibənin bitməsi üçün Kiyev və Moskvaya dəstək verməyə hazırdır


Türkiyə Ukraynadakı müharibənin tezliklə başa çatması üçün Moskva və Kiyevə hər cür dəstəyi verməyə hazır olduğunu təsdiqləyir.
Missiya. Az
xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal arasında İstanbulda keçirilən məsləhətləşmələrin yekunları üzrə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Bizim tərəfimizdən Ukraynada müharibənin tezliklə dayandırılmasının zəruriliyi qeyd edilib, bu problemin ədalətli və davamlı həllinin tapılması üçün danışıqlara qayıtmağın vacibliyi vurğulanıb. Bu istiqamətdə tərəflərə hər cür dəstəyi verməyə hazır olduğumuz təsdiqlənib”, - deyə məlumatda vurğulanır.

  • 10-12-2022, 16:19