AZ   |   RU
Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur

“Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur. Bu sahədə xeyli yumşalmalar və konseptual baxımdan müəyyən dəyişikliklər olacaq”.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.

Onun sözlərinə görə, quruma diplomların tanınması ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi Qərb dövlətlərindən olur: “Tanınmada üç əsas məsələ nəzərə alınır. Birincisi, namizəd tələbə təhsil almaq niyyətində olduğu ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir formalaşır ki, namizədin seçdiyi universitet Fransa və ya İsveçrədədirsə, araşdırma aparmağa ehtiyac yoxdur. Belə yanaşma kökündən yanlışdır. Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlər var”.


  • 10-12-2022, 10:51