İspaniya, Fransa və Portuqaliya indiyə qədər Avropa Birliyinin ən böyük yaşıl hidrogen dəhlizi olaraq xarakterizə edilən “Celourico da Beira-Zamora” və Barselona-Marsel xətlərində H2MED Layihəsini həyata keçirmək barədə razılığa gəliblər.Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniyanın Alikante şəhərində keçirilən “Avro-Aralıq dənizi sammiti” öncəsi İspaniyanın baş naziri Pedro Sançes, Portuqaliyanın baş naziri Antonio Kosta, Fransa prezidenti Emmanuel Makron və Aİ Komissiyasının sədri Ursula fon der Leyen bir araya gəlib.
H2MED Layihəsinin təfərrüatlarının müzakirə edildiyi görüşdən sonra verilən birgə bəyanatda “Celurico da Beira-Zamora” ilə Barselona-Marsel arasında yaşıl hidrogen dəhlizinin tikintisi ilə bağlı razılığın əldə edildiyi bildirilib.
Leyla SƏMƏNDƏR
Mİssiya.Az