AZ   |   RU
Xameneinin bacısı qızı 15 il həbs cəzası alıb

İranın ali rəhbəri Seyid Əli Xameneyinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsi tərəfindən mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Missiya.Az
“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Muradxaninin vəkili özünün Tviter hesabında yazıb.

Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Qeyd edək ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneyinin bacısı qızı,  hüquq müdafiəçisi Fəridə Muradxani  noyabrın 23-də həbs edilib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 9-12-2022, 17:56