AZ   |   RU
Lənkəranda şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olunub

Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə yeni direktor təyin olunub.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə  Lənkəran - Astara Regional Təhsil İdarəsindən bildirilib. Məktəb-liseyə Kazımova Səadət Şirməmməd qızının direktor təyin edildiyi bildirilib.

Bundan başqa, Lənkəran - Astara Regional Təhsil İdarəsinin tabeliyində olan daha 3 məktəbə yeni direktor təyin edilib.

Məmmədova Aynur Mahir qızı isə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə, Cəfərov Fikrət Allahverən oğlu Havzava kənd A.Əliyev adına tam orta məktəbinə və Quliyev Elnur İsrayıl oğlu Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə direktor təyin olunub.

Təyinatlarla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.


  • 9-12-2022, 17:44