AZ   |   RU
Şuşada keçirilən bayram festivalı qürur mənbəəyimizdir… - Gənclər təşkilatının sədri

Bu sözləri Missiya.Az - a açıqlamasında Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov deyib.

Namiq Muradov bildirib ki, şanlı ordumuuz tərəfindən işğaldan azad olunan mədəniyyətimizin paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondunun həyata keçirdiyi Xarıbülbül festivalı möhtəşəmliyi ilə göz oxşayırdı.

Ölkə başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılış nitqinin də, dəvət edilən musiqi kollektivlərinin çıxışlarının da Azərbaycanın ölkəmizdə yaşayan bütün dini və milli azlıqlara göstərilən diqqət və qayğının bariz göstəricisi olduğunu qeyd edən gənclər təşkilatının sədri həmçinin onu da vurğulayıb ki, Şuşada keçirilən bu bayram tədbiri bir daha xalqımızda Şuşanın əzəli və əbnədi Azərbaycan torpağı olduğuna, əsla və əsla bu yerlərin təkrar düşmən tapdağına düşməyəcəyindən əminlik yaradıb: “Hər bir azərbaycanlı kimi Şuşa mənim üçün də  çox doğma və əzizdir. Əzəli və əbədi yurdumuzda belə möhtəşəm bir musiqi şənliyinin keçirilməsini izlərkən yalnız və yalnız qürurlamndım və göz yaşlarımı saxlaya bilmədim. Şuşa həm də mənim üçün ona görə əzizdir ki, doğma qardaşım, Vətən Müharibəsi iştirakçısı Vugar Vagif Oglu Muradovun Şuşa ilə bağlı maraqlı xatirələri var. Qardaşım Şuşanın təbiəti haqqında çox maraqlı söhbətlər edir.

Döyüş xatirələrindən danışarkən ən unudulmaz məqamın qələbə, zəfər gününə təsadüf edən doğum gününü  Şuşada necə keçirdiyi haqda qürurla danışır Vüqar. Mən Şuşanı heç görməmişəm. Ama Vüqar elə ağızdolusu, elə maraqla anladır ki, bu cənnət diyarı, mən oranı görmədən valeh olmuşam. Biz xoşbəxt xalqıq,  çünki bizim Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev kimi Prezidentimiz və  Azərbaycanımız kimi Cənnətməkan yurdumuz var.

İnşallah çox qısa bir zamanda  bu dəfə canım Vətənim Zəngəzurda "Zəngəzur Azərbaycandır!" demək arzusu ilə , Tanrı Azərbaycanımızı qorusun!” 

  • 16-05-2021, 13:53