Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Arorat Mirzoyan yaxın həftələtdə görüşmək barədə razılığa gəliblər.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.
“Xarici işlər nazirləri danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Hər iki nazir görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını bildiriblər”, - deyə Prays vurğulayıb.
Dövlət Departamentinin nümayəndəsi nazirlərin görüşü haqqında başqa detalları açıqlamayıb.
Xatırladaq ki, bu il noyabrın 7-də Vaşinqtonda Ceyhun Bayramov və Arorat Mirzoyan arasında görüş keçirilmişdi.
Daşqın Həsənov
Missiya.Az