AZ   |   RU
Serbiya kənd təsərrüfatı texnologiyaları azad edilmiş ərazilərdə tətbiq oluna bilər
Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana planlaşdırılan səfərinin əsas məqsədi Prezident İlham Əliyevin bu yaxınlarda Belqrada rəsmi səfəri zamanı ldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini sürətləndirməkdir. Söhbət ilk növbədə enerji sahəsində əməkdaşlıq planlarından gedir.

Missiya.Az
xəbər verir ki, Serbiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Vuçiç dekabrın ortalarında Azərbaycana işgüzar səfər edəcək.

Səfirlik onu da qeyd edib ki, Azərbaycan Prezidenti kənd təsərrüfatında intellektual texnologiyalarla məşğul olan Serbiya qurumlarının təcrübə və biliklərindən istifadə etməkdə maraqlı olduğunu bildirib.

“Bizim "BioSense" adlı institutumuz var, o, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi üzrə ixtisaslaşıb və Prezident İlham Əliyev hesab edir ki, serb alimlərinin işlərindən azad edilmiş Azərbaycanın ərazilərində istifadə etmək olar, burada müasir texnologiyaların inkişafı üçün böyük potensial var”, - səfirlikdə əlavə ediblər.

Həmçinin Azərbaycan şirkətlərinin Belqradda elektrik enerjisi istehsalı üçün qaz-turbin stansiyalarının tikintisində iştirakının müzakirəsi gözlənilir.

Vuçiçi səfərdə energetika, kənd təsərrüfatı, əmək, maliyyə nazirləri və digər rəsmi şəxslər müşayiət edəcək.

  • 1-12-2022, 22:00