AZ   |   RU
Türkiyə terrora dəstək verən ölkələrə ciddi xəbərdarlıq etdi

“Müttəfiq ölkələrə öz bayraqlarını və uniformalarını terrorçulardan ayırd etməyi çətinləşdirəcək şəkildə istifadə etməmələri, yaraqlıları bölgələrindən uzaq tutmaları və onlarla bütün əlaqələri kəsmələri üçün lazımi xəbərdarlıqlar edildi”.

Missiya.Az
“TRT HABER”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar, Türkiyə Silahlı Qüvvələrinin təhlükəsizliyin təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqları çərçivəsində qonşularının ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, terrora qarşı mübarizəni qətiyyətlə davam etdirildiyini bildirib. 

"PKK/YPG son zamanlar mülki yaşayış məntəqələrimizi hədəf alıb, uşaq, qadın, tələbə, müəllim fərqi olmadan günahsız vətəndaşlarımıza qarşı alçaq və qanlı hücumlar həyata keçirib. Qonşu ölkələr və bütün dünya qarşısında keçirdiyimiz əməliyyatlarda yalnız terrorçular hədəf alınıb. Mülki insanların, tarixi, dini və mədəni varlıqların, ətraf mühitin və koalisiya qüvvələrinin zərər görməməsi üçün son dərəcə diqqət və həssaslıq göstərilir. Bizim yeganə hədəfimiz terrorçulardır. Heç bir etnik, dini və ya məzhəb quruluşu bizim üçün hədəf ola bilməz. Türklər və Kürdlər qardaşdır. Bütün fitnə və dezinformasiya cəhdlərinə baxmayaraq, qardaş olaraq qalacaqlar”, - deyə Akar vurğulayıb.

Türkiyəli nazir çıxışına daha sonra bu sözlərlə davam edib: “Sərhədlərimizə və xalqımıza hücum edən qanlı terror təşkilatı olan PKK/YPG-yə hər hansı səbəbdən, o cümlədən İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə dəstək verməmək, onların öz bayraqlarından və formalarından istifadə etmələrinə icazə verməmək onları terrorçulardan ayırmaq çətindir. Terrorçuları yaşadıqları ərazilərdən uzaq tutmaları və terror təşkilatları ilə ən qısa zamanda bütün əlaqələri kəsmələri xatırladılır və lazımi xəbərdarlıqlar edilir. Unutmaq olmaz ki, İŞİD-lə meydanda mübarizə aparan yeganə ölkə Türkiyədir. İraq və Suriyanın şimalında 4500 radikal İŞİD terrorçusunu zərərsizləşdirən Türkiyə. Biz İŞİD və bütün digər terror təşkilatlarına qarşı mübarizə üçün hər cür əməkdaşlığa hazırıq”.

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəni əzmlə davam etdirəcəyik. Onlara kimin dəstək olmasından, arxasında kimin olmasından asılı olmayaraq, soylu millətimizi başımıza gələn terror bəlasından xilas etmək əzmindəyik”, - deyə Akar qeyd edib. 


Daşqın Həsənov
Missiya.Az
 


  • 1-12-2022, 17:28