AZ   |   RU
Rusiya XİN başçısı nüvə müharibəsi ehtimalının yüksək oluğunu deyib

“Nüvə gücünə malik dövlətlər arasında toqquşmanın nüvə müharibəsinə çevrilməsi ehtimalı böyükdür”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa təhlükəsizliyi məsələlərinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri 2021-ci ilin iyununda nüvə silahını işə salmamaqla bağlı bəyanat vermişdilər: “Çünki nüvə müharibəsinin qalibi olmayacaq. Mən dedim ki, hətta nüvə dövlətləri arasında hansısa savaş da yolverilməzdir. Çünki kimsə ənənəvi vasitələrlə müharibəyə başlamaq qərarına gəlsə, bu toqquşmanın nüvə müharibəsinə çevrilmə ehtimalı var”.

S.Lavrov bildirib ki, Moskva Qərbin Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməklə bağlı ritorikasını narahatlıqla izləyir: “Qərbin özü, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa ukraynalıların əli ilə Rusiyaya qarşı apardıqları müharibədə birbaşa iştirakını artırmaq üçün hər şeyi edir. Bu, təhlükəli
tendensiyadır".

Teymur Aslanov                         
Missiya.Az 

  • 1-12-2022, 17:04