AZ   |   RU
Borel Polşada Ceyhun Bayramov və Arorat Mirzoyanla görüşəcək

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xosep Borel Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, Ceyhun Bayramov və Arorat Mirzoyanla görüş barədə Borel özü məlumat yayıb.

Bildirilir ki, görüş Polşada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq. 

Qeyd edək ki, dekabrın 1-də Polşanın Lodz şəhərində təşkilata üzv olan 57 ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası başlayıb.


Daşqın Həsənov
Missiya.Az
 


  • 1-12-2022, 15:17