AZ   |   RU
Azərbaycan və Pakistan biznes əlaqələrini genişləndirəcək

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və "Global Business Aliance"nın birgə təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Missiya.Az
"APA-Economics"ə istinadla xəbər verir ki, biznes forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, qida, əczaçılıq, turizm, tekstil kimi sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkar iştirak edib.

Forum çərçivəsində "Global Business Aliance" və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) arasında Anlaşma Memorandumu imzalanıb.

Forumda iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub. Tədbirin məqsədi iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsidir.


  • 1-12-2022, 15:14