“Qərbin Ukraynada münaqişədən qaçmaq üçün real şansı var”.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir, bu sözləri Moskvada keçirdiyi mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, son illərdə NATO-nun təlimləri daha intensiv və açıq şəkildə Rusiyanı cilovlamağa yönəlib.
“NATO-nun Çin sahillərində atəşlə oyunları Rusiya üçün də risk daşıyır. Ona görə də Moskva Pekinlə əməkdaşlığı gücləndirir”.
Rusiya diplomatiyasının rəhbəri daha sonra Rusiyanın Ukrayna ilə bağlı vaxt udmaq üçün “danışıqlar istəməsi” haqda iddianı yalan adlandırıb.
Daşqın Həsənov
Missiya.Az