Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkmənistanın “Türkmənqaz” “Türkmənnebit” Dövlət Konsernləri arasında mövcud və perspektiv imkanlar, birgə əməkdaşlıq müzakirə edilib.Missiya.Az SOCAR-a istinadən xəbər verir ki, bu məsələlər Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin “Türkmənqaz”ın sədri Batır Amanov və “Türkmənnebit”in sədri Quvanc Aqacanovla bu gün keçirilən görüşdə müzakirə olunub.
Görüşdə Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində SOCAR ilə “Türkmənqaz” və “Türkmənnebit” Dövlət Konsernləri arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, tərəflər arasında xam neftin emalı, ticarəti, nəqli və digər sahələrdə əməliyyatların müvəffəqiyyətlə həyata keçirildiyi qeyd edilib.