AZ   |   RU
Böyük Britaniyada avropalı həkimlərin sayı 4 min 285 nəfər azalıb
 
Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra ölkənin Milli Səhiyyə Sistemində avropalı həkimlərin sayının 4285 nəfər azaldığı müəyyən edilib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Nuffield Trust beyin mərkəzi “The Guardian” qəzetində məlumat paylaşıb.
 
2021-ci ildə ölkədə Avropa və Avropa Azad Ticarət Assosiasiyasından cəmi 37,35 həkimin çalışdığı bildirilib.

Araşdırmada, həkimlərin sayının Brexitdən əvvəl olduğu kimi artmağa davam edəcəyi və ya Brexit qərarının İngiltərədə işə qəbula təsir etmədiyi təqdirdə, Avropa və EFTA ölkələrindən (Norveç, İsveçrə) gələn həkimlərlə bu sayın 41.320 olacağı ifadə edilib. 

Nuffield Trust-ın tədqiqatçısı Martha McCarey qeyd edib ki, həkimlərin sayının azalması dörd sahədə (anesteziya, pediatriya, psixiatriya və ürək-ağciyər terapiyası) çatışmazlıqlara səbəb olub.

Rəsmi məlumatlara görə, İngiltərənin Milli Səhiyyə Sistemində (NHS) 10 583 həkim çatışmazlığı var.

Leyla SƏMƏNDƏR
Missiya.Az
 


  • 28-11-2022, 16:02