AZ   |   RU
"Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"= Peskov


“Ermənistanın Baş naziri (Nikol Paşinyan - red.) dar tərkibdə çıxış edərək KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib”.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.


  • 23-11-2022, 22:30