"Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç noyabrın 23-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüş zamanı bildirib.
"Sizi əmin etmək istərdim ki, Serbiya hökumətinə arxalana bilərsiniz. Siyasi və iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur. Artıq qeyd etdiyim kimi, Sizinlə görüşməkdən və məsələləri müzakirə etməkdən məmnunam və şərəf hissi duyuram. Özünüzü burada öz evinizdəki kimi hiss edin. Mən Sizinlə birgə işləməyi səmimiyyətlə arzulayıram", - Baş nazir qeyd edib.