AZ   |   RU
ABŞ Dövlət Departamentinin baş məsləhətçisi: “Minsk qrupu mexanizmi artıq fəaliyyət göstərmir”


“Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində çalışır”.

Missiya.Az
“Report”-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Birləşmiş Ştatlar Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır.

Hərçənd ki Minsk qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. Biz (ABŞ administrasiyasının vəzifəli şəxsləri – red.) tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”, - diplomat bildirib.


  • 16-11-2022, 21:13