AZ   |   RU
İmişlidə qanvermə aksiyası keçirilib

İmişlidə qanvermə aksiyası keçirilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, rayonda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə bu aksiya təşkil olunub.

İmişli Rayon Mərkəzi Xəstəxanasında keçirilən humanitar tədbirdə rayonun idarə və təşkilatlarının kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və sakinlər iştirak ediblər.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları Rayon Mərkəzi Xəstəxanasının personalı ilə birlikdə könüllü donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürüblər.

Qeyd edək ki, tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

  • 15-11-2022, 20:34