AZ   |   RU
İstanbulda terror aktında yaralanan 61 nəfər evə buraxılıb

İstanbulun İstiqlal küçəsində törədilən terror aktında yaralanan 81 xəstədən 61-i evə buraxılıb. 

Missiya.Az Apa-a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

O qeyd edib ki, 20 nəfərin müalicəsi isə davam edir. Onlardan 6-sı reanimasiya şöbəsinə yerləşdirilib.


  • 15-11-2022, 20:21