AZ   |   RU
TAİB İdarə Heyəti İstanbuldakı terrorla bağlı başsağlığı verib
"Terror aktını Türkiyəni hədəflərindən yayındırmaq məqsədi daşıyan məkrli planın tərkib hissəsi kimi qiymətləndiririk". 

Missiya.Az
xəbər verir ki, bu barədə Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin nümayəndələrinin başsağlığında bildirilib. 

"Bu gün İstanbulun mərkəzində - İstiqlal küçəsində baş vermiş terror hadisəsinə görə dərin üzüntü keçirdik. 6 nəfərin həlak olması, 58 nəfərin isə yaralanması ilə nəticələnmiş terror aktını Türkiyənin dünya siyasətində malik olduğu mövqeləri zəiflətmək, sayğıdəyər Rəcəb Tayyib Ərdoğanı öz hədəflərindən yayındırmaq məqsədinə hesablanmış məkrli planın tərkib hissəsi kimi qiymətləndiririk. 
Baş vermiş qanlı hadisə ilə əlaqədar TAİB üzvləri adından qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik".


  • 13-11-2022, 20:35