Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə oktyabrın 31-də BelTA saytında yazılıb.
“Bu, mütləqdir. Biz yaxın vaxtlarda Vladimir Vladimiroviç Putinlə bir daha görüşəcəyik və nəhayət, bu ilin planlarına yekun vuracağıq. Ən azı, prezidentlərin səviyyəsinə gəldikdə, gələn il üçün vəzifələrimizi planlaşdıracağıq”- deyə, Lukaşenko bildirib.
Siyasətçi onu da qeyd edib ki, Rusiya iki dövlətin inteqrasiya proseslərinə 1,5 milyard dollar ayırmaq niyyətindədir: “Biz prezident Putinlə razılaşdıq ki, bu inteqrasiya layihələri üçün təxminən 1,5 milyard dollar ayrılacaq. Onlar birgədirlər. Rusiya da bizim üçün faydalıdır. Hətta bizdən daha çox Rusiya. Ona görə də Rusiya onlara borc verir”.
Xatırladaq ki, oktyabrın 15-də Lukaşenko, Amerikanın NBC kanalına müsahibəsində, Vladimir Putinlə münasibətlərindən danışaraq, onu yaxın dost və etibarlı tərəfdaş adlandırmışdı.
Zərintac MAYİSQIZI
Missiya.Az