AZ   |   RU
İranda ziyarətgahda terror aktı törədilib, 15 nəfər ölüb

İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 17:45-də 3 silahlı şəxs Şahçerağ ziyarətgahına odlu silahla hücum edib.

2 terrorçu həbs edilib, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.

Bəzi xəbər mənbələri bu terror hücumunda 15 nəfərin öldüyünü, 40 nəfərin yararlandığını bildirir.

  • 26-10-2022, 19:28