AZ   |   RU
İstanbuldan Bakıya gələn təyyarə geri eniş etdi


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib..

Missiya.Az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtı ilə saat 13:50-də İstanbul hava limanına uğurla eniş edib.
Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

  • 15-10-2022, 16:34