AZ   |   RU
Britaniyanın keçmiş xarici işlər naziri maliyyə naziri təyin edilib

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant maliyyə naziri təyin edilib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, Britaniya hökuməti onun təyinatını tviter hesabında təsdiqləyib.

Ceremi Hant 2018-2019-cu illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Əvvəlki nazir vəzifəsində 38 gün keçirib və oktyabrın 14-də qalmaqallı vergi islahatları fonunda işdən azad olunub.

Qeyd edək ki, Böyük Britaniyada artıq bir il ərzində dörd maliyyə naziri dəyişib.

  • 14-10-2022, 20:46