AZ   |   RU
Çavuşoğludan Yunanıstan mesajı: "Yuxudan oyan, arxanda heçkim durmayacaq"

"Yunanıstan Türkiyənin təkcə regional deyil, həm də qlobal bir aktor olmasından çox narahatdır".

Missiya.Az
"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TVNET"də canlı yayımda gündəmlə bağlı sualları cavablandırarkən deyib.

Yunanıstanın Şərqi Egey adalarının qeyri-hərbi statusunu pozduğunu və Türkiyənin BMT-yə göndərilən məktublardan sonra panikaya düşdüyünü bildirən Çavuşoğlu Yunanıstana deyirəm ki, özünə güvənirsənsə gəl, milləti aldatma. 

“Aİ-də birlik və həmrəylik var, Türkiyəyə qarşı sanksiyaları dərhal həyata keçirək. Amma biz Yunanıstana deyirik ki, müvəqqəti ata minən tez düşər və ya tez yıxılar”. Bu, arxamda ABŞ və Aİ var deyə mən istədiyimi edirəm kimidir. Biz buna “Kalimera” deyirik. Buna görə də sabahınız xeyr deyirik. Biz deyirik ki, o yuxudan oyan, arxanda heç kim durmayacaq", - deyə Çavuşoğu vurğulayıb.

"Türkiyənin Anadolu torpaqlarını işğal etməyə çalışdın, bacarmadın. O zaman Mustafa Kamal Atatürk və bütün türk milləti birləşərək səni dənizə tökdü, qardaşım. Həzm edə bilmədin, hələ də hər platformada Türkiyəyə qarşı düşmənçilik edirsən. Halbuki Türkiyə güclü dövlətdir. Türkiyə ilə yaxşı anlaşın və beynəlxalq hüquqa əməl edin”, - deyə Türkiyə diplomatiyasının rəhbəri qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


  • 11-10-2022, 19:16