AZ   |   RU
Müzəffər Ordumuzun Hadrutu işğaldan azad etməsindən 2 il ötür
Keçmiş "Dağlıq Qarabağ"ın qalası-HADRUT

 Quzeyçay və Güneyçayın birləşib, Qozluçayı təşkil etdiyindən "İki çay arası" mənasını ifadə edən, füsünkar təbiəti, əzəmətli dağları, bol sulu çayları və geostrateji mövqeyi ilə Hadrut "Dağlıq Qarabağ"a açılan qapıların açarı sayıla biləcək, əhəmiyyətə malik qədim yurd yerimizdir. 44 günlük Vətən müharibəsində ən vacib məsələlərdən biri heç şübhəsiz ki, Hadrutun azad edilməsi idi. 

Prezident İlham Əliyev: "Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı.. ".

Ordumuzun bu istiqamətdə ciddi müqavimətlə üzləşəcəyi əvvəldən məlum idi. Çünki düşmən də yaxşı başa düşürdü ki, Xocavənd rayonu ərazisinə aid olan bu qəsəbəyə nazarət edən tərəf Qarabağın dağlıq hissəsinə də nəzarət etmiş olur. Hadrutun itirilməsi Şuşaya gedən yolda vacib bir qapının açılması anlamını daşıyırdı.Təbii relyefi və düşmənin burada uzun illərdir ki, yaratdığı istehkamlar Hadrutun azad edilməsinə an böyük maneə kimi görünürdü. Amma müzəffər ordumuz ağır döyüşlərdən sonra bizə aid olanı bizə qaytarmağa nail oldu. 

 9 oktyabr 2021-ci ildə Hadruta səfəri zamanı Prezident, Müzəffər Ali Baş Komandan Canab İlham Əliyev Hadrut qəsəbəsinin və Hadrut əməliyyatının əhəmiyyətini belə ifadə edirdi: "Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur".

...Ordunun Zəfərlə başa çatan missiyasının ardınca növbəti missiya Hadrutu tikməkdir. Bu missiya da artıq başlayıb. Hadrutun azadlığının birinci ildönümündə onun bərpasının bünövrəsi atılıb; orada genişmiqyaslı quruculuq işlərinə start verilib.

Artıq işğaldan azad edilmiş başqa bölgələrimiz kimi Hadrut da sürətlə bərpa edilir və inkşaf etdirilir.

Xocavənd rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoydu.

Digər tərəfdən paralel olaraq yolların qurulması böyük bərpa və qayıdış prosesini səciyyələndirən başlıca şərtdir. Ona görə də  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında yol infrastruktur layihələri mühüm əhəmiyyət daşıyır.  Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Yol gələcəkdə Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

“Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “

Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti  Hadrut qəsəbəsində yerləşən strateji obyektləri elektrik enerjisi ilə təchiz edir.  “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib.  

Təbii ki,  işğaldan azad olunmuş ərazilərimizin təhlükəsizliyini də təminat altına almaq üçün həmin ərazilərdə yeni hərbi hissələr, döyüş qabiliyyəti yüksək hərbi birləşmələr yaratmaq vacib məsələlər sırasındadır. 

2021-ci il dekabr ayının 24-də Hardutda Komando hərbi hissəsinin açılması Hadrutun və Qarabağın gələcək təhlüksizliyində xüsusi önəm kəsb edir.

Artıq Hadrut qəsəbəsinin baş palanı da hazırlanıb, palana uyğun olaraq qəsəbənin təbii görünüşü nəzərə alınmaqla innovativ yeniliklər tətbiq edilərək quruculuq işləri davam etdirilir.

Böyük turizm patensialına malik Hadrut öz sahiblərinə qaytarılıb, indi biz oralarda qurmaq yaratmaq, əbədi, rahat və firavan yaşmaq üçün bütün lazımi tədbirləri, infrastruktur, təhlükəsizlik, sosial-iqtisadi layihələri uğurla və sürətlə icra edirik.

Xatırladaq ki, Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Müzəffər Azərbaycan ordusunun rəşadəti ilə 9 oktyabr 2020-ci ildə işğaldan azad edilib.

Hadrut, azadlığın mübarək!
Qarabağ Azərbaycandır!


Aqil Musa
Missiya.Az


  • 9-10-2022, 15:24