Bu gün bütün dünya Ukraynaya görə, daha doğrusu bu ölkənin ərazilərinə müdaxilə səbəbindən Rusiyaya qarşı birləşib. Əlaqələr tamamilə kəsilib, Moskvanın davranışları ən sərt formada tənqid olunur və bu dövlətin çökdürülməsi istiqamətində sistemli addımlar atılır.Verilən bəyanatlarda Rusiya silahlı qüvvələri tərəfindən Ukraynada mülki obyektlərin hədəfə alındığı və hərbi əməliyyatlarda günahsız mülki şəxslərin də qətl edildiyi xüsusi vurğulanır. Ukraynaya hərbi, siyasi və mənəvi dəstək də ən yüksək səviyyədədir.
Bütün bunları qeyd etməkdə məqsədimiz ki il əvvəl məhz bu günlərdə Gəncənin Ermənistan tərəfindən ardıcıl raket zərbələrinə məruz qoyulmasına, Ukraynaya görə "dərin sarsıntı" keçirən dünya ictimaiyyətinin susqunluq nümayiş etdirdiyini xatırlatmaqdır.
Torpaqlarımızın 30 il işğal altında qalması faktına göstərilmiş soyuq münasibəti qoyuram bir kənara, bəs yaxşı, cəbhə bölgəsindən xeyli aralıda yerləşən bir şəhərdə dinc sakinlərinin ağır raket zərbələrinə məruz qoyulmasına görə niyə susurdular? Bu gün Ukraynada mülki şəxslərin də öldürüldüyünə görə Rusiyanı daş-qalaq edənlər, evində yatarkən başına bomba yağdırılmış Azərbaycan vətəndaşlarına görə nədən səslərini çıxarmadılar? Biz adam deyilik? Yoxsa beynəlxalq standara görə mülki şəxslərə yanşma da ölkələr xüsusunda dəyişir? Bəlkə mülki şəxslərin müəyyənləşdirilməsi üzrə bizim bilmədiyimiz başqa kriteriyalar var?..
Dünən də sorumuşuq, bu gün də soruşuruq, sabah da soruşacağıq: Azərbaycanda mülki şəxslərin qanına qəltan edilməsinə görə Ermənistana qarşı qətnamələri, bəyanatları, bokot və cəza sanksiyalarını niyə görmədik?..Əslində ikili yanaşmalar bu gün də davam edir. Əldə etdiyimiz qələbəni, tarixi ədaləti bərpa etməyimizi, işğala son qoymağımızı hələ də həzm edə bilmirlər. Fakt dəyişməz olaraq qalır: "Dünyaya ədalət arzulayanlar" bizə gələndə ədalətsizliyin dibində yer alırar! Belə dünyaya nə deyəsən...
UNUTMAMIŞIQ!
Gəncənin Ermənistan tərəfindən raket zərbələrinə məruz qalmasından iki il ötür. Düşmən 2020-ci oktyabr ayında Gəncəni 5 dəfə raket hücumuna məruz qoydu və nəticədə 26 mülki şəxs şəhid oldu, 130-dan aryıq şəxs yaralandı. Ölən və yaralanlar arasında körpə uşaqlar da var
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Nicat Dağlar
Missiya.Az