AZ   |   RU
DİN Ağdamda mina partlaması ilə bağlı araşdırma aparır – YENİLƏNİB


Bu gün saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı ilə bağlı araşdırma aparılır.

Missiya.Az
xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumat görə, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

  • 8-10-2022, 20:03