Finlandiyanın Baş naziri Sanna Marin jurnalistlərə açıqlamasında ölkəsinin NATO-ya daxil olması ilə bağlı məsələyə də münasibət bildirib. O, Türkiyənin bunu tezliklə təsdiqləyəcəyinə inamını ifadə edib.Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çexiyanın paytaxtı Praqada qeyri-rəsmi Aİ Liderlər Zirvəsində iştirak edən Finlandiya Baş naziri Sanna Marin zirvə çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü və ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.
Onun sözlərinə görə Türkiyə Finlandiyanın NATO-ya üzvlüyündə heç bir problem görmür. "Ümid edirik ki, Türkiyə NATO üzvlüyünü ən qısa zamanda ratifikasiya edəcək " deyə Sanna Marin bildirib.İsveç və Türkiyə arasındakı danışıqlara münasibət bildirmək istəməyən Marin, "Məncə, Finlandiya və İsveçin NATO-ya eyni vaxtda daxil olması vacibdir. Bu, Avropanın şimalının təhlükəsizliyi ilə bağlıdır " deyib.
Aqil Musa
Missiya.Az