AZ   |   RU
Ukrayna Kuril adalarını Yaponiyanın bir hissəsi kimi tanıyıb


Ukrayna parlamenti İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında münaqişəli  Kuril adaları silsiləsindəki Habomay və Şikotan adalarını Yaponiya ərazisi kimi qəbul edib.
 
Missiya.az Türkiyə mətbuatına istinadən xəbərverir ki, Ukrayna parlamentindən verilən açıqlamaya görə, parlamentdə Rusiyanın öz ərazisi hesab etdiyi Yaponiyanın şimal bölgələrinin mülkiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış müzakirə olunub.

Məlumatda qeyd olunur ki,  keçmiş SSRİ 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyanın Şimal ərazisini heç bir hüquqi əsas olmadan qeyri-qanuni işğal edib və 1949-cu ilə qədər bütün yapon vətəndaşlarını zorla bu ərazilərdən çıxarıb.
 
Həmçinin qeyd olunur ki,  keçmiş SSRİ ilə Yaponiya arasında 1956-cı il 19 oktyabr tarixli birgə bəyannamənin 9-cu maddəsinə əsasən, sülh müqaviləsi imzaladıqdan sonra Şikotan və Habomai adalarının Yaponiyaya veriləcəyinə dair öhdəliklər hələ də yerinə yetirilməyib.
 

Aqil Musa
Missiya.Az

  • 8-10-2022, 15:59