AZ   |   RU
İbrahim Kalın: “Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa oluna bilər”

“Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa oluna bilər”.
Missiya.Az
xəbər verir ki, Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar böyük ehtimalla hansısa vaxtda davam edəcək.
İbrahim Kalın həmçinin bildirib ki, RF Prezidenti Vladimir Putin Qərblə yeni sövdələşmələrə hazırlaşır, çünki “soyuq müharibə” dövründə mövcud olan razılaşmaların heç biri, Rusiyaya görə, müasir reallığı əks etdirmir.
“Əlbəttə, bu, qismən Ukraynaya aiddir. Amma daha qlobal məsələ Rusiya ilə Qərb dünyası arasında yeni razılaşmadır”, - deyə Türkiyə liderinin sözçüsü əlavə edib.

  • 8-10-2022, 15:37