"Kuba raket böhranından sonra ilk dəfə nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhdid altındayıq".
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Demokratlar Partiyasının Nyu-Yorkda keçirilən pultoplama gecəsində çıxış edən ABŞ lideri qeyd edib ki, ölkəsi hazırda Kuba raket böhranından sonra ilk dəfə "Armageddon" ehtimalı ilə üzləşib.
Qeyd edək ki, Baydenin bu ifadəsi, “Böyük müharibə, apokalipsis” mənasına gəlir.
Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izlədiklərini deyən Bayden, hesab edir ki, Rusiya prezidenti taktiki nüvə silahlarından, bioloji və ya kimyəvi silahlardan istifadə haqqında danışarkən zarafat etmir.
Bayden onu da qeyd edib ki, Putinin yaratdığı təhdidlərdən çıxış yolu tapmağa çalışırlar.
Aqil Musa
Missiya.Az