2022-ci il ədəbiyyat üzrə Nobel mükafatını Fransız yazıçısı Enni Ernaux qazanıb.Avtobioqrafik əsərləri ilə tanınan 82 yaşlı fransız yazıçısı bu mükafata şəxsi yaddaşın köklərini, yadlaşmasını və sosial məhdudiyyətlərini üzə çıxarmaqda göstərdiyi cəsarət və qərəzsiz həssaslığa görə layiq görülüb.
Missiya.Az xəbər verir ki, İkinci Dünya Müharibəsi zamanı 1940-cı ildə Fransanın Lillebonne bölgəsində anadan olan Enni Ernaux uzun illər ədəbiyyat müəllimi işləyib. O, ilk romanı “Boş kabinetlər”lə ədəbi mühitdə tanınıb. Onun “İllər”, “Atamın yeri”, “Arıq ehtiras” kimi əsərləri bir çox dillərə tərcümə olunub.
Müəllif Enni Ernaux bu uğuru ilə 900 min dollardan çox pul mükafatı, həmçinin Nobel medalı alacaq.
Aqil Musa
Missiya.Az