Astaranın Sım kəndində torpaq sürüşməsi olub.
Missiya.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.