AZ   |   RU
Hulusi Kılıça Türk Ağsaqqalları Birliyinin vəsiqəsi təqdim olundu – TAİB həmsədri iclas keçirdi

Bu gün Türk Ağsaqqallar Birliyi(TAİB)-in ofisində təşkilatın Türk dünyası üzrə həmsədri, tanınmış diplomat Hulusi Kılıçın sədrliyi ilə iclas keçirilib.

Missiya.Az
TAİB-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda İdarə Heyətinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Türk dünyasının mədəniyyət paytaxtı Şuşa səfərindən qayıdan TAİB həmsədri iclas iştirakçıları ilə təəssüratlarını bölüşüb. Tanınmış diplomatın gəlişindən məmnunluqlarını ifadə edən iclas iştirakçıları çıxışlarında Türkiyə-Azərbaycan dostluğunun dərinləşməsindən söz açıb və türk xalqlarının birliyinin möhkəmlənməsi üçün təşkilatın bütün işlərində fəal olacaqlarını vurğulayıblar.

Qeyd olunub ki, təşkilatın ümumtürk konteksində inkişafı üçün Türk Dövlətləri  Təşkilatının Ağsaqqallar Şurası ilə əməkdaşlıq etmək məcəlləsi gündəmdə olmalıdır. İdarə Heyətinin üzvləri, həyata keçirilmiş layihələr və qarşıdakı planlar barədə də həmsədrə ətraflı məlumat veriblər. Hulusi Kılıç da öz növbəsində qarşıdakı mərhələdə həyata keçiriləcək tədbirlərə və Türk dünyası üçün xüsusui əhəmiyyət kəsb edən istiqamətlər üzrə fəaliyyətin effektivliyini artrmaq məqsədilə öz tövsiyyə və tabşırıqlarını verib.

Hulusi Kılıç bildirib ki, TAİB-in hədəfləri böyükdür və bu təşkilat bundan sonra da Türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək verən daha genişmiqyaslı layihələr həyata keçirəcək. "Bu önəmli birliyi yaradan və əməyi keçən, ayrıca məni Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədr seçən hər bir kəsə  təşəkkür edirəm. Ömrümün sonuna qədər millətimə xidmət etməyə qərarlıyam. Bundan sonra Türk Ağsaqqalları Birliyinə daha çox vaxt ayıracam. Bu müqəddəs yola çıxdıq. Yolumuz açıq olsun. Millətimizə xidmət etmək şərəfdir.”, - deyən tanınmış diplomata həmsədrliyini təsdiq edən vəsiqə də təqdim olunub. Sonda TAİB həmsədri  44 günlük Vətən Müharibəsinə həsr etdiyi kitabını gənclərə hədiyyə edib..

Missiya.Az




 
 
 








  • 7-10-2022, 11:25