ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müşaviri, səfir Boni Cenkins oktyabrın 5-də Gürcüstana səfər edəcək.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, B.Cenkins oktyabrın 7-dək davam edəcək səfəri çərçivəsində Tbilisidə keçiriləcək Mərkəzi Asiya və Qafqaz üzrə Biotəhlükəsizlik Assosiasiyasının konfransında iştirak edəcək və COVID-19 ilə bağlı çıxış edəcək. Boni Cenkinsin eyni zamanda ikitərəfli görüşlər keçirəcəyi qeyd olunub.