Rusiya səfirliyi İrandakı iğtişaşlar fonunda rusiyalılara izdihamlı yerlərə getməməyi tövsiyə edib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, səfirlik həmçinin, Rusiya vətəndaşlarından mümkün insidentlərin qarşısını almaq üçün foto və video çəkilişlərə qoyulan qadağalara ciddi yanaşmalarını xahiş edib.
“İrana yeni gələn və ya artıq orada olan hər kəsə insanların sıx olduğu yerlərə getməməyi tövsiyə edirik. Xatırladırıq ki, İranın böyük şəhərlərində bir çox yerlərdə foto və video çəkilişləri qadağandır. Xahiş edirik ki, insidentlərdən qaçmaq üçün bu qaydalara ciddi əməl edin”, - deyə səfirliyin məlumatında qeyd olunub.