AZ   |   RU
Yunanıstanın baş nazirindən Türkiyəyə daha bir iddialı mesaj

Sədri olduğu Yeni Demokratiya Partiyasının qrup toplantısında çıxış edən Yunanıstan baş naziri Kiriakos Mitsotakis Ankaraya mesaj verib. 

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

"Biz ekspansionist baxışa və sərhədlərimizin pozulmasına qarşıyıq. Sərhədlərimiz boz deyil, mavidir. Avropadakı və Atlantik okeanının o tayındakı müttəfiqlərimiz bizimlə həmfikirdirlər”,- deyə Mitsotakis vurğulayıb.

Mitsotakis həmçinin Liviya ilə Türkiyə arasında ötən gün imzalanan karbohidrogen sazişinin "etibarsız" olduğunu iddia edib.


Daşqın Həsənov
Missiya.Az
 


  • 4-10-2022, 18:08