Türkiyə enerji sahəsində xaricdən asılı olan ölkə olmasına baxmayaraq, bu sahədə ən önəmli ölkələrdən birinə çevirilib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə uzun müddət ərzində enerji sahəsində mərkəzə çevrilmək üçün önəmli layihələr həyata keçirib:
“Bu layihələr sayəsində Qərbi Avropa, Balkan ölkələri bizə, Azərbaycana ümidlidir. Azərbaycanın əhəmiyyəti artdı”.
Nazir Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ərazisindən keçən Orta Koridorun aktuallığının artdığını, bu ölkələrin daha sıx əməkdaşlıq etməli olduqlarını da vurğulayıb.