AZ   |   RU
Ucarda iki qonşunun toyda mübahisəsi QANLA BİTDİ
Ucar sakini qonşusunu bıçaqlayıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib.

Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


  • 28-09-2022, 23:04