Təhlükəsizlik qüvvələri sentyabrın 26-da Mahaçqalada keçirilən etiraz aksiyasında “Azadlıq” radiosunun ştatdankənar müxbiri Yuliya Vişnevetskayanı saxlayıb. Missiya.Az xəbər verir ki, bu barədə "Kavkazskiy uzel"məlumat yayıb.
Sentyabrın 26-da Mahaçqalada səfərbərliyə qarşı etiraz aksiyası iştirakçılarının toplaşdığı meydanda kütləvi dava olub və təhlükəsizlik qüvvələri meydana gələnləri saxlamağa başlayıb. Aksiyanı işıqlandırmağa gələn “Azadlıq” radiosunun jurnalisti Yuliya Vişnevetskaya saxlanılıb. “Novoye Delo”nun jurnalisti İdris Yusupov və “RusNews”un baş redaktoru Sergey Aynbinderin saxlanılması da məlum olub.
Aynbinder döyüldüyünü, avadanlığının xarab olduğunu deyib. Bu gün polis Yusupov və Aynbinderi sərbəst buraxıb.
Yuliya Vişnevetskaya ilə isə hələ də əlaqə yoxdur. Aksiyadakı müxbir redaksiya tapşırığını yerinə yetirib.
Bu barədə bu gün “OVD-İnfo” hüquq müdafiə layihəsi məlumat verib:
““Azadlıq” radiosunun ştatdankənar müxbiri və sənədli film ustası Yuliya Vişnevetskaya dünəndən polis idarəsində saxlanılır”.
Leyla SƏMƏNDƏR
Missiya.AZ