AZ   |   RU
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 89,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,89 dollar/barel azdır.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə məlumat yayıb.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 88,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,89 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,89 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 85,29 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,89 dollar/barel azdır.


  • 24-09-2022, 14:30