AZ   |   RU
İbrahim Kalın: "Türkiyə bu müharibədə Ukraynanın yanındadır"

“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Biz bu müharibədə Ukraynanın yanındayıq”.

Missiya.Az 
Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Krım məsələsində olduğu kimi, hazırda keçiriləcək “referendum”un da nəticələrini tanımayacaq:

“Müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Müharibə ilk başlayanda proqnozumuz belə idi ki, müharibə uzun müddət davam edəcək. İndiki mənzərə ondan ibarətdir ki, müharibə davam edəcək”.

  • 23-09-2022, 23:10