AZ   |   RU
BMT-nin nümayəndəliyi Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib


BMT-nin Azərbaycandakı nümayəndəliyi gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Missiya.Az xəbər verir ki, qurumun Bakı ofisinin rəsmi feysbuk səhifəsindəki paylaşımda deyilir:

"BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

  • 1-05-2021, 16:12