AZ   |   RU
İranda baş verən zəlzələ Naxçıvanda hiss edilib
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.


  • 21-09-2022, 22:42