Qırğızıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb ki, tacik hərbçiləri 36 metrlik körpünü partladıblar.
Missiya.Az Lenta.ru saytına istinadən xəbər verir ki, söhbət “Kok-Taş-Aksay-Tamdıq avtomobil yolunun yeddinci kilometrliyində, Ak-Suu çayı üzərindəki körpüdən gedir.
Məlumatda qeyd olunur ki, hərbi əməliyyatlar qəfil başlayıb və bununla əlaqədar Batken vilayətinin sərhəddində vəziyyəti məlum olmayan və hazırda təxliyyə oluna bilməyən yol-tikinti texnikası qalıb.
Bundan əvvəl Qırğızıstanın sərhəd xidməti Tacikistandan növbəti dəfə atəş açıldığına dair məlumat yaymışdı. Qeyd olunurdu ki, Tacikistan Oş vilayətinin Çon-Alay rayonundakı Karamık sərhəd-keçid məntəqəsindən atıcı silahlardan atəş açmaqla atəşkəs razılaşması pozulub.
ELCAN
Missiya.Az